başsağlığı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
başsağlığı
is. Yaxın adamı ölmüş bir şəxsə, ya ailəyə təsəlli vermə, səbir vermə; təziyə. • Başsağlığı vermək – yaxın adamı ölmüş şəxsə təsəlliverici sözlər demək. Bax, buradanca dönək konsulgilə, ona ayaqüstü başsağlığı verək. C.Məmmədquluzadə. [Kazım:] Bir də gördüm ki, məclisdə durub gedənlər yanıma gəlib mənə başsağlığı verirlər. Çəmənzəminli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
başsağlığı
tə’ziyə, təsəlli
{taziye, teselli}