başlanğıc
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
başlanğıc
is.
1. Bir işin, hadisənin ilk anı, əvvəli, ibtidası. Bu hələ işin başlanğıcıdır. Dərs ilinin başlanğıcı. – Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. M.S.Ordubadi. Xanlar buraya .. yaradacağı əsərin başlanğıcı üçün yenə də yollar, cizgilər axtarmağa çıxmışdı. S.Rəhimov. Ancaq başlanğıc üçün bu heç də pis deyildi. Ə.Əbülhəsən. // Çıxış nöqtəsi. Hadisənin başlanğıcı.
2. İlk əsas, ilk səbəb, ilk mənbə; ilkin.
3. Bir şeyin müqəddiməsi, giriş hissəsi, birinci hissəsi. Kitabın başlanğıcı. Musiqinin başlanğıcı. Pyesin başlanğıcı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
başlanğıc
I. giriş, müqəddimə
{giriş, mukaddime}
II. əvvəl, ibtidai
{evvel, iptidai}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
başlanğıc
başlangıç