bağara
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bağara
is. məh.
1. Bax tağalaq.
2. Dayaz quyulardan dol ilə su, neft çəkmək üçün qurğu. Babası .. [Araza] öz cavanlığından, fəhləlik həyatından söz açıb deyirdi: – Səhərdən axşama qədər atı bağaraya qoşub, neft çəkərdim. A.Şaiq. Yaxşı yadımdadır o dol, bağara; Hərlənib neft çəkən gözü bağlı at. M.Rahim.