turklehceleri.org

bayquş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bayquş

is.
1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Ata. sözü). Axşamtərəfi yağış havası, bayquş da ulayır. Ə.Haqverdiyev. Qəflətən bir qorxulu səs meşəni götürdü. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur, ulayır. S.S.Axundov.
2. Mənhusluq, uğursuzluq simvolu kimi. [Gülnaz] bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub, çölə atmaq .. istəyirdi. M.İbrahimov. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər. M.Hüseyn. • Bayquş yuvası məc. – xarabazarlıq, əhalisi tərk olmuş yer; mənhus yer, şükümsüz yer. Bir neçə ildən sonra [qoçuların] sayəsində Zabrat kəndi bayquş yuvasına döndü. H.Sarabski. [Maral:] Ah, [bu] bayquş yuvasından qurtula bilsəydim. H.Cavid.
3. məc. Cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bayquş

asosyal, baykuş


Last searches: