barə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
barə
I. [fars.] Adətən nisbət şəkilçiləri ilə işlənir – xüsusda, xüsusunda, haqqında. Bu barədə fikriniz nədir? Bu məsələ barəsində mən heç bir şey deyə bilmərəm. – Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü gözlədi. N.Nərimanov. Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. C.Məmmədquluzadə. İkinci xahişim odur ki, baş aqronom Məcid Əlyarov barəsində yazdığım əmri təsdiq elə. M.Hüseyn. // Hər barədə, hər cəhətdən. Hər kəs onun [Mirzə Süleymanın] yerində olsaydı, elə atasından inciyərdi, çünki kişi çox zəhmət çəkmişdi və hər bir barədə öz işini düzəltmişdi. B.Talıblı.
II. is. [fars.] köhn. Bənd, sədd, səngər.
III. is. [fars.] Dil və diş üzərində əmələ gələn ağ qat; ərp.
IV. is. [fars.] köhn. Gözəl və yaraşıqlı sərnişin gəmisi.