turklehceleri.org

barmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

barmaq

is.
1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının altını yerə vurmadan). // Əlcəkdə barmaq keçirilən yer.
2. Maşın və mexanizmlərin milə oxşar girdə hissəsi – detalı. // Ümumiyyətlə, barmağa oxşayan hər şey.
3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri.
4. Məhəccər, sürahi ağacı.
5. Yaba və şananın hər bir dişi, ucu.
6. Barmaq uzunluğunda, barmaq boyda. [Kərim baba] çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. A.Şaiq. // Adətən “bir”, “bircə” sözləri ilə – azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə. Beləcə Mahmud bircə barmaq kağız tapmaq fikri ilə yan-yörəsinə baxa-baxa su başına çatdı. Ə.Əbülhəsən. // Qatı bir mayeyə batırıldıqda bir barmağın aldığı miqdar. Bir barmaq doşab. – [Qaymaqdan] bir barmaq yediyi üçün Nadiri döyürlər, söyürlər.. Mir Cəlal.
7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü.
8. dan. Çalğıçının əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng. // Simli musiqi alətində (tar, kamança, saz və s.) çalan müəyyən ifaçının işlətdiyi və yalnız ona xas olan xırda musiqi ibarələri. Müxtəlif növlü çalğı alətlərində birgə çalmağa başladıqda, hər çalğıçı öz musiqi alətinin xüsusiyyətlərindən asılı olaraq, həm də öz bacarığını daha qabarıq surətdə nümayiş etdirmək üçün çalınan musiqinin əsas melodiyası ilə həmahəng olan yeni “guşələr”, “xallar”, “barmaqlar” əlavə etməyə çalışmışdır. Ə.Bədəlbəyli. • Barmağı yatmamaq – çalmağı öyrənə bilməmək, çalğı alətində ahəngi tuta bilməmək. [Tələbə:] Getdim girdim tar dərnəyinə, tar çalmağa da barmağım yatmadı. Qantəmir.
9. Tənək, nar və s. bu kimi kolların, yaxud çiçəklərin şitil çubuğu. ‣ Barmağı dişində – heyrət içində, matməəttəl. Barmağı olmaq – əli olmaq, xəbəri olmaq, bir işin gizli iştirakçısı olmaq (adətən mənfi mənada). Bu işdə yəqin onun da barmağı var. Barmağına dolamaq – ustalıqla aldatmaq, tovlamaq, ələ salmaq, oynatmaq, sarımaq. Barmağını dişləmək – nə isə bir şey yadına düşərək fikrə getmək; anlamaq, duymaq, başa düşmək. Nəriman barmağını dişlədi, əli ilə başına vurdu. Mir Cəlal. Mən barmağımı dişlədim, anamın qolundan tutub içəri apardım. İ.İbrahimov. Barmaq silkələmək – hədələmək, qorxutmaq. Barmaq uzatmaq – başqasının işinə qarışmaq. Barmaq yeri – bəhanə, girəvə. Barmaqla göstər(il)mək – məşhur olmaq, tanınmaq, adı çıxmaq (yaxşılıqda, ya pislikdə). Bütün kənddə Nazlını barmaqla göstərirdilər. M.İbrahimov. Barmaqla sayılmaq – çox az şey haqqında. Onunçun da indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır. C.Məmmədquluzadə. Beş barmağı kimi tanımaq – çox yaxşı tanımaq, bilmək, bələd olmaq, təfərrüatına qədər bilmək. [Mahmud xan:] Mən adamlarımı beş barmağım kimi tanıyıram. M.S.Ordubadi. barmaq-barmaq, zərf Az-az, kiçik hissələrlə, hissə-hissə. Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar. (Məsəl).

Pamukkale Azerbaijani to Turkish (ADT version)

barmaq

parmak

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

barmaq

I Parmak. Bash barmaq – Baş parmak. Besh barmighimdek bilimen – Beş parmağım gibi biliyorum.
II Varmak. Bérip kelmek – Gidip gelmek. Bérip yetmek – Ulaşmak. Bérip yanay – Gidip döneyim. Yéqin barmaq – Yakın varmak. Élip barmaq – Götürmek. Yürüp barmaq – Yürüyerek varmak. U yetmish yashlargha bérip qaldi – O yetmiş yaşına yaklaştı. Herxil xiyallargha barmaq – Çeşitli hayallara dalmak. Yézip barmaq – Devamlı yazmak. Küzütüp barmaq – Takip etmek; gözetlemek. Uxlap barmaq – Uyuyarak varmak. Köchüp barmaq – Taşınmak; göç ederek ulaşmak. Urushqa qolum barmaydu – Dövmek istemem. Étishqa tilim barmaydu – Söylemek istemem; söyleyemem.


Last searches: