turklehceleri.org

bargah

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bargah

(=bargəh) is. [fars.] tənt.
1. Saray; padşaha məxsus imarət. Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. [Altunbay:] Dediklərində doğruya bənzər bir şey görsəm, bu günəşə gülümsər bargahı bayquşlar yuvasına .. çevirəcəyəm. C.Cabbarlı. // Padşahın qəbul salonu. Tehranda Ağa Məhəmməd şah öz bargahında əyləşib səndəl üstündə. Ə.Haqverdiyev. // köhn. Böyük bir şəxsin hüzuru.
2. Liman, gəmi dayanacağı.


Last searches: