bais
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bais
is. [ər.] Səbəb. Gər İbni-Səlam idi bəhanə; Məcnun idi bais ol fəğanə. Füzuli. [Hacı Nuru:] Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə. • Bais olmaq – səbəb olmaq. Bais nə oldu, ey güli-rəna, ki görmürəm; Əvvəlki iltifatlarından əsər sənin? S.Ə.Şirvani. [Güldəstə:] Camaat arasında danışıq var ki, onun ölməyinə bais siz olmusunuz. N.Nərimanov. Atlar da, deyəsən, sahiblərinin iftixarına bais olduqlarını, duymuşdular. Mir Cəlal. // Səbəbkar, səbəb olan adam. [Arvad:] Bais, evin dağılsın!.. C.Məmmədquluzadə. Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun! M.Ə.Sabir. [Səriyyə:] Bu işlərin də baisi Həmzə ilə anamdır. C.Cabbarlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bais
səbəb
{engel}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
bais
sebep