turklehceleri.org

babı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

babı

(=babi) is. [xüs. is.-dən]
1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. M.F.Axundzadə. Burada ancaq babılar belə birçək qoyurlar. P.Makulu.
2. məc. Dinsiz, imansız, kafir mənasında (keçmişdə mürtəce mövhumatçıların tərəqqipərvər ziyalılara təhqir üçün verdikləri ad). Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. Bu isə, bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Mirzə Turab:] Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz, .. [mollalar] mənə babı dedilər. B.Talıblı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

babı

dinsiz, kafir, imansız
{dinsiz, kâfir, imansız}


Last searches: