aşkara
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
aşkara
sif. və zərf Açıqdan açığa, açıq-aydın. [Divanbəyi:] Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır? M.F.Axundzadə. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov. • Aşkara çıxarmaq – meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, üstünü açmaq. Aşkara çıxmaq – meydana çıxmaq, üzə çıxmaq, bəlli olmaq, üstü açılmaq, bilinmək.