turklehceleri.org

aşkar

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

aşkar

1. sif. Açıq, aydın, göz qabağında olan, bəlli, məlum. Aşkar məsələ. Aşkar iş. • Aşkar etmək – meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, göstərmək, üstünü açmaq, müəyyənləşdirmək. Vəziyyəti aşkar etmək lazımdır. Aşkar olmaq – meydana çıxmaq, bəlli olmaq, məlum olmaq, üzə çıxmaq, üstü açılmaq, aydın olmaq. Məsələ indi aşkar oldu. – Zənn edirəm ki, mətləb burada aşkar olur. C.Məmmədquluzadə. // zərf Açıq, aydın, gizlətmədən. [Hacı Həsən:] Biryolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya. C.Məmmədquluzadə. Yox, .. sənin səsində bir titrəyiş var; Gəl məndən gizləmə, aç söylə aşkar! S.Vurğun.
2. is. Həqiqət. [Qurban:] Pəh, pəh, pəh, belə də dəsgah olarmı, başına dönüm .. bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır. N.Vəzirov. [Nisə xala:] İlahi, bu yuxudur, nağıldır, aşkardır? Mir Cəlal.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

aşkar

I. açıq, aydın, bəlli, mə’lum
{açık, aydın, belli, bilinen}

II. həqiqət
{hakikat}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

aşkar

aleni, aşikâr, belirli


Last searches: