turklehceleri.org

ağuş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ağuş

is. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, – o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı. // Məc. mənada. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. • Ağuşuna almaq – 1) qucaqlamaq; 2) məc. qaplamaq, əhatə etmək. Silah səslərinin gurultusu, patıltısı, pulemyot atəşinin şaqqıltısı kəndi öz ağuşuna alıb əridirdi. M.Hüseyn. Ağuşuna çəkmək – bax. ağuşuna almaq 1-ci mənada. Hər gül öz yarını çəkib ağuşə; ..Yatma, yatma, ayıl, sən də gəl huşə. Nəbati. Ağuşə çəkib arizi-ziybanı şəbü ruz; Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. S.Ə.Şirvani. Sakit dəniz dalğalanıb o vaxtda gəldi cuşə; Qucaqlayıb məhəbbətlə çəkdi onu ağuşə. A.Səhhət.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ağuş

qucaq, qoyun
{kucak, koyun}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ağuş

aguş, kucak


Last searches: