açıqlıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
açıqlıq
is.
1. Açıq yer, düzəngah, açıq sahə, meydan. Açıqlıqda çadır qurmaq. Uşaqlar açıqlıqda top-top oynayırlar. – [Maro] meşədə xeyli dolandıqdan sonra, meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı. S.Rəhimov. // Tikintisiz yer, açıq yer, boş yer. Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir. – [Toğrul] açıqlıqdan keçdi, kömür kimi qara və müzlim görünən qamışlığa girdi. H.Nəzərli.
2. İki şey arasındakı boşluq, aralıq, məsafə. Yol ilə arx arasındakı açıqlıqda ağaclar əkilmişdir. Kisələri açıqlığa qoy. – Fasilə etibarı ilə bunların arasındakı açıqlıq bir o qədər deyildi. S.Hüseyn.
3. Aydınlıq, təmizlik, buludsuzluq. Havanın açıqlığı. Göy üzünün açıqlığı.
4. Açıq, örtüsüz, qapalı olmayan şeyin halı.
5. məc. Səmimilik, ürəyiaçıqlıq, qəlbini gizlətməmə. [Mahmud] təbiətinə xas bir açıqlıq və rayihə ilə bizi heyran etmişdi. M.İbrahimov. [Rüxsarə] indi tənhadır, indi artıq Rüxsarə ilə tam açıqlığı ilə danışa bilərdi. S.Rəhimov. ‣ Açıqlığa çıxmaq məc. – sıxıntıdan, əziyyətdən qurtarmaq, dərddən, qəmdən xilas olmaq, xoş günə çıxmaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
açıqlıq
I. düzəngah, meydan
{alan, meydan}
II. boşluq, aralıq
{boşluk, aralık}
III. aydınlıq, təmizlik
{aydınlık, temizlik}
IV. səmimilik, ürəyiaçıqlıq
{samimilik, açık yüreklilik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
açıqlıq
açıklık