aynabənd
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
aynabənd
is. [fars.]
1. Şüşəli balkon, pəncərələri çox böyük olan otaq, şüşəbənd. Pəncərəsi aynabəndə çıxan kiçik otaqda yorğan-döşək yığmaq üçün bir aynalı divar şkafı var. S.Rəhman. Batan günün şöləsilə yanar neçə aynabənd. Ə.Cəmil. Hüseynağa aynabəndə çıxan kimi gözləri divanın yanında durmuş Zeynəbə sataşdı. M.İbrahimov.
2. Bitki yetişdirmək üçün şüşəbənd.
3. Pəncərə, vitrin. Dəmirov pəncərədən açılmış mağazalara, geniş aynabəndlərə baxırdı. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
aynabənd
şüşəbənd, pəncərə
{sır, cam}