aylıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
aylıq
1. sif. Ayda bir dəfə olan, hər ay olan, bir ayda görülən, bir aya məxsus, ayda bir dəfə çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə.
2. sif. Bir ay müddəti, bir ay davam edən, bir ay tələb edən, bir ayda hasil olan (əmələ gələn). Aylıq gəlir. Aylıq məzuniyyət. Aylıq məhsul. // Saylarla bərabər – bir, iki, üç ... aylıq. Biz qaçanların hamısının özünü və ailəsini bir aylıq məsariflə təmin etmişik. M.S.Ordubadi. [Fikrət:] Bəzən bir boran altı-yeddi aylıq əməyimizi bircə dəqiqənin içərisində puça çıxarır. M.Hüseyn.
3. is. dan. Bir ayda alınan maaş, məvacib, zəhmət haqqı. Aylığımızı dünən almışıq. Aylığımız artmışdır. – Papaqçı dedi: – Bala, mənə şagird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram. Aylığım neçə olacaq? “Aşıq Qərib”. Kərim baba inəkləri aylıq ilə güdərdi. A.Şaiq. [Bayram:] Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil. M.Hüseyn.
4. is. Hər hansı bir işi, ictimai kampaniyanı keçirmək üçün bir aylıq müddət. Şəhəri yaşıllaşdırma aylığı. – Cabbarlı 1929-cu ildə Zaqafqaziya xalqlarının mədəni birliyi aylığında iştirak etmişdi. M.Arif.
5. Yaşı bir ay olan, 30 günlük. Aylıq uşaq. Aylıq quzu.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
aylıq
məvaçib, maaş, donluq
{ücret, maaş, aylık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
aylıq
aylık, maaş