turklehceleri.org

ayaqyalın

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ayaqyalın

sif.
1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov. // Zərf mənasında. Ayaqyalın gəzmək. – Laçın .. [uşaqların] hər ikisinin dalınca baxdı, ayaqyalın olduqlarını gördü. M.Hüseyn. Sitarə ərini yuxuya verib otaqdan çıxdı və bir dəqiqə çəkmədi ki, küçədən ayaqyalın və başıaçıq qaçmağa üz qoydu. Çəmənzəminli. [Uşaq] ev sahibinin qabağından qalan tör-töküntünü yeyərdi. Qışın soyuğunda ayaqyalın su daşıyardı. H.Sarabski.
2. sif. məc. Lüt, yoxsul, heç bir şeyi olmayan. • Ayaqyalın qalmaq – lüt qalmaq, hər şeyi əlindən çıxmaq, var-yoxu əlindən getmək. Ayaqyalın qoymaq – var-yoxunu əlindən almaq, lüt qoymaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ayaqyalın

çılpaq, lüt
{çıplak, üryan}


Last searches: