turklehceleri.org

ayaqlamaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ayaqlamaq

f.
1. Tapdalamaq, tapdalayıb əzmək, ayaqları altında əzmək, ayağı ilə məhv etmək, xarab etmək. Əkini ayaqlamaq. Güllüyü ayaqlamaq. Otu ayaqlamaq. // Məc. mənada. Avropanı ayaqlayıb gələn düşmən hələ bu cür inadlı müqavimətə rast gəlməmişdi. Ə.Əbülhəsən. // Ayaqla basmaq, sıxmaq, əzmək. Palçığı ayaqlamaq. Torpağı ayaqlamaq. // Ayaqla vurmaq, əzişdirmək, ayaqları altına salıb döymək. [Hacı Mədinə:] Səni bu küçədə yıxıb o qədər ayaqlaram ki, beynin torpağa qarışar. C.Məmmədquluzadə.
2. Gəzmək, dolaşmaq. Bütün şəhəri ayaqladım.
3. məc. Saymamaq, tapdalamaq, pozmaq. Mən deyirəm: “Qoy var olsun sinəmdəki el ürəyi; Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi”. S.Vurğun. Əkbər istədi işi, aclığı və hətta canından əziz tutduğu sevgilisini belə ayaqlayıb keçsin.. Mir Cəlal.
4. məc. Sıxmaq, təzyiq altına almaq, mənəvi əzab vermək. Fəsli-bahar gəldi, könül, künci-bağ tut; Möhnət səni ayaqladı, bir dəm ayaq tut. Q.Zakir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ayaqlamaq

I. tapdalamaq, ezmək, basmaq
{tepiklemek, ezmek, basmak}

II. gəzmək, dolaşmaq
{gezmek, dolaşmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ayaqlamaq

ayaklamak, ayakları altına almak


Last searches: