axtarış
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
axtarış
is.
1. Axtarma işi, kəşfiyyat. Neft axtarışı dəstəsi. // Bir şey, bir yol, bir çarə və s. arama. [Əli] sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli.
2. Cinayəti sübut edəcək əşyayi-dəlil tapmaq məqsədi ilə hökumət orqanları tərəfindən icra edilən axtarma, yoxlama işi; təftiş əməliyyatı. Axtarış aparmaq. Başdanbaşa axtarış. – [Pristav dedi:] Mən sabah onun [Məhərrəmin] mənzilində axtarış yapıb şübhəli vəsiqələri taparam və sonra sürgün etmək qolaydır. H.Nəzərli. Yəqin bu evdə axtarış gedirdi. S.Rəhman. • Cinayət axtarış idarəsi – cinayət axtarıb tapmaqla məşğul olan polis şöbəsi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
axtarış
I. kəşfiyyat
{keşifler}
II. yoxlama, axtarma
{yoklama, aktarma}