axmaqlıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
axmaqlıq
is. Səfehlik, ağılsızlıq, giclik. Axmaqlığından başına bu işlər gəldi. – Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq, cahillik və axmaqlıqdır. M.S.Ordubadi. // Axmaq hərəkət, axmaq iş. • Axmaqlıq etmək – axmaq iş tutmaq, ağılsızlıq etmək, axmaq hərəkət etmək, anlamazlıq göstərmək. [Mərcan bəy:] Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
axmaqlıq
səfehlik, giclik, ağılsızlıq
{saflık, fikirsizlik, akılsızlık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
axmaqlıq
hamakat