atışma
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
atışma
is.
1. İki tərəfin, ya iki adamın qarşı-qarşıya durub bir-birinə güllə atması, atəş açması. Tətillər, atışmalar, üsyanlar, axırda isə işçilər hakimliyi, zəhmət ağalığı Məhərrəmin gözləri önündə canlandı. H.Nəzərli. // Vuruşma (odlu silahla). Bir atışma başlandı, Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam! C.Cabbarlı. Məscid qarşısında böyük bir atışma davam edirdi. S.Hüseyn. [Səlma:] Göydə mütləq qanlı atışma var; Yoxsa yenə çarpışırmı qaçaqlar? H.Cavid. Çox çəkmir ki, kənddə böyük atışma qopur. Ə.Vəliyev.
2. məc. Sözləşmə, bir-birinə ağır sözlər demə; söyüşmə, dava-dalaş.