astana
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
astana
I. is. Kandar, qapının ağzı, qapının çərçivəsinin alt hissəsi. Qız evdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya. C.Məmmədquluzadə. Molla özünü itirdi; başmağını astanada qoyub oğru pişik kimi sürüşdü. Mir Cəlal. Astanada tüstüləyir böyrü batıq samovar. S.Rüstəm. • Astananın ağzında durmaq məc. – lap yaxınlaşmaq, çatmaq. Fəhlələrdən biri dedi: – Astanamızın ağzında dağ kimi qış durub. “Kirpi”.
II. is. Su hövzələrində sərt suxurlardan yaranmış çıxıntı. Abşeron astanası.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
astana
kandar, dəhliz, eyvan
{çıkıntı, balkon, eyvan}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
astana
eşik