arxayınlaşmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
arxayınlaşmaq
f.
1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək. Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.
2. Arxayın olmaq, xatircəm olmaq, əmin olmaq. [Rayon işçiləri] öz qəzet və məcmuə paylarını almaq və arxayınlaşmaq istəyirdilər. S.Rəhimov. Məmməd arxayınlaşmaq üçün qapıda durub onun dalınca baxdı. M.İbrahimov.
3. İşdən azad olmaq, işini görüb qurtararaq asudə olmaq. İşimi qurtardım, arxayınlaşdım.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
arxayınlaşmaq
xatircəmləşmək, rahatlaşmaq, sakitləşmək
{eminleşmek, rahatlamak, sakinleşmek}