arvad-uşaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
arvad-uşaq
is. dan.
1. Ailə, külfət. Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib. Çəmənzəminli.
2. Qadınlar və uşaqlar (bir yerdə). [Hacı Qurban:] Köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər, vaxt veriniz köçü yerinə yetirib, gəlim qulluğunuza. N.Vəzirov. [Tehran] beləcə yurdsuz-yuvasız arvaduşaqla doludur. M.İbrahimov. Bəlkə Həpir arvad-uşağı qorxuzmaq üçün qəzəblə gəlirdi. Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
arvad-uşaq
ailə, külfət, zövcə, halal
{aile, eş, zevce, helal}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
arvad-uşaq
çoluk çocuk