arançı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
arançı
is. məh. köhn.
1. Yayda yaylağa köçməyib, öz təsərrüfatında qalıb işləyən kəndli. // Aran yerlərdə yaşayan adam. – Arançılar damların üstündə, talvarlarda özlərinə yer salmışdılar. Qazma daxmalarda oturmaq mümkün deyildi. İ.Şıxlı.
2. Keçmişdə arandan dağa (yaylağa) şey daşıyan, mal gətirib satan və oradan ağarantı alıb aparan adam.