alışdırmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
alışdırmaq
I. f.
1. Yandırmaq, yaxud yanan şeyi daha da qızışdırmaq, alovlandırmaq. Ocağı alışdırmaq. Tonqalı alışdırmaq. Külək yanğını daha da alışdırıb gücləndirdi. – [İlyas:] İşdən qayıtdımmı, beş dəqiqənin içində görürsən, pilətəni alışdırdım. Mir Cəlal.
2. məc. dan. Bərk hirsləndirmək, acıqlandırmaq, hiddətləndirmək, qızışdırmaq.
II. f.
1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır. – Mən Şümşad xanımın onu [Miss Hannanı] dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. M.S.Ordubadi. Güldü Bənna: – Bəli, – dedi, – gərək tələsək; Cəld olmağa alışdıraq hər bir naşını. Ə.Cəmil.
2. Əhliləşdirmək, ələ öyrətmək, təlim etmək, isinişdirmək. [Ovçular qızılquş balalarını] iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra, göz qapaqlarını açarlar. A.Şaiq.
3. Canına salmaq. Səlim bəy Nəbinin başı üçün çoxlu maya verməyi öhdəsinə aldı. Hampaları alışdırdı kəndlərə. “Qaçaq Nəbi”.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
alışdırmaq
alıştırmak, yakmak