alaçıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
alaçıq
is. Çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır. [Bayram:] ..Gecə vaxtı qorxudan alaçığın çətinindən başımı dışarı çıxara bilmənəm. M.F.Axundzadə. Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər.. A.Şaiq. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və .. mallarını otladarlar. S.S.Axundov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
alaçıq
çadır, mənzil
{çadır, menzil}