ala-yarımçıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ala-yarımçıq
(=ala-yarım) sif. və zərf Yarımçıq, natamam, ala-babat, qeyri-kamil. Qabı alayarımçıq doldurmaq. – Vanyuşa onları dinləyə-dinləyə Azərbaycan dilini alayarımçıq öyrənmişdi. A.Şaiq. Qaraca qız özünə gəlib, yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. S.S.Axundov. // Başdansovma. Ala-yarımçıq iş. – Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ala-yarımçıq
natamam, alababat
{tamamlanmamış, yarım}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ala-yarımçıq
yarım yamalak