ahəng
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ahəng
is. [fars.]
1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. – Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov. // Məc. mənada. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi. ..Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.
2. məc. Gözəl səs, avaz. Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi. [Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, .. axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov. // Ton. Balacayev acıqlı bir ahəng ilə: – Bəs bu gün haranız ağrıyır? – deyə soruşdu. S.Rəhimov. Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal.
3. Nəğmə, mahnı, hava. Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli. Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani. Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət. ‣ Ahəng qanunu dilç. – əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ahəng
I. uygunluq
{uygunluk}
II. avaz
{ses}
III. nəğmə, hava, mahnı
{nağme, ezgi, şarkı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ahəng
ahenk, beste, uyum