ahzar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ah-zar
(=ahü zar) is. Ah çəkmə, sızlama, zarıldama; fəryad, inilti. Ey yüzi gülşən, sana bu ah-zarım xoşmudur? Nəsimi. Nə vaxtadək ğəmi-hicrində ahü zar çəkim? X.Natəvan. Çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir? Gənə bu nəğmə onun ahü zarına bənzər. S.Ə.Şirvani. Nədir sənin dərdin, bu nə ahü zardır? Ü.Hacıbəyov. • Ah-zar etmək (eləmək) – ah çəkmək, sızlamaq, zarıldamaq, fəryad etmək, inildəmək. Günahsız dustaq ah-zar eləməyə başladı. M.F.Axundzadə.