addımbaşı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
addımbaşı
zərf Hər addımda, hər yerdə, tez-tez, arası kəsilmədən. Nəğməyə söz verək, ötək ucadan; Şirin bülbül kimi hər addımbaşı. M.Rahim. ..Usta ona [Davuda] müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı. Mir Cəlal. Divanxana qapısında belə şeylərə addımbaşı rast gəlmək olardı. P.Makulu.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
addımbaşı
tez, aramsız
{hemen, aralıksız}