addamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
addamaq
f. Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq. Çəpəri addamaq. Arxın o tayına addamaq. – [Şahvələd] o vaxt gəlib çatdı ki, gördü Qərib Kürü addayıb, kor-peşman geri qayıtdı Tiflisə. “Aşıq Qərib”. [Gəldiyev] fındıqlı deyilən balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Mir Cəlal. // Bir yerdən o biri yerə keçmək. ..Kərim bəy Nərimanı özü oxutmuş, hər sinif addadıqca, bir mükafat ilə həvəsləndirmiş(di).. Mir Cəlal. // məc. Ötmək, keçmək, aşmaq. – Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
addamaq
I. aşmaq, keçmək
{aşmak, geçmek}
II. ötmək, keçmək
{aşmak, geçmek}