acımaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
acımaq
I. f.
1. Acı olmaq, acı dad vermək, acılaşmaq, tündləşmək.
2. Turşumaq, qıcqırmaq, yetişmək. Xəmir acımışdır.
3. dan. Acıqlanmaq, hirslənmək. ..Qəssab Şamil ilə barışıb öpüşsə də, sabah, ya biri gün bir yavan ət üstə yenə acıyıb küsəcəkdir. C.Məmmədquluzadə.
II. f.
1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək. Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. M.S.Ordubadi. Səməd ustaya acıdı və səyini qiymətləndirərək maaşını .. artırdı. M.İbrahimov.
2. Təəssüf etmək, heyifsilənmək. İtirdiyim vaxta acıyıram. Səninlə görüşə bilmədiyimə acıyıram. – Bəzən Qədirin nitqinə ehtiyac qalmazdı. O dilxor olar, əməyinə acıyardı. Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
acımaq
I. açılaşmaq, tündləşmək
{açılaşmak, koyulaşmak}
II. turşumaq, qıcqırmaq
{bozulmak, kokmak}
III. heyfsilənmək, təəssüflənmək
{hayıflanmak, kahırlanmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
acımaq
acımak, acınmak