turklehceleri.org

Zənn

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zənn

is. [ər.]
1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir. Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdi zənnü fikrü güman. S.Ə.Şirvani. Mənim zənnim ayrı yerə getdi. Mir Cəlal. • Zənn etmək (eləmək) – güman etmək, ehtimal etmək, düşünmək. [Əhməd:] Mən elə zənn edirdim ki, Gülnazın nazənin səsin eşitsəm bihuş olaram. T.Ş.Simurq. [Bəhram Pəriyə:] Mənim adımla özünü təsvir edirsən, zənn edirəm. C.Cabbarlı. Zənn etməyin o saçlar özözünə ağarmış. H.Hüseynzadə. Zənn ilə – diqqətlə. Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Ağa sağ əlini çənəsinə dayadı, kirpiklərini bir dəfə də qırpmadan Tahirə zənn ilə baxdı. M.Hüseyn. Zənnim kəsmir – güman etmirəm, inana bilmirəm, ağlım kəsmir. Zənnimcə – mənim fikrimə görə, fikrimcə, düşündüyümə görə, ehtimalıma görə. Zənnimcə, o, doğru demir. Zənnimcə, bu gün soyuq olacaq. – [Nadir bəy:] Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangiri haqsız görüb də, başqalarını haqlı göstərmək, zənnimcə, pək böyük bir haqsızlıqdır. H.Cavid. [Xanım:] Qısqanclıq yaxşıdır yerində; Hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur. Çəmənzəminli. Zənnini yayındırmaq – çaşdırmaq, fikrini azdırmaq. İlyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı. Mir Cəlal.
2. Şübhə, şəkk, güman. Zənnin kimə gedir? – Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir. [Hacı:] Mənim səndən zənnim var idi. Ə.Haqverdiyev.
3. Yaddaş, hafizə. [Zülfüqar dedi:] Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim. B.Bayramov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

zənn

I. şübhə, güman, şəkk
{şüphe, zan, kuruntu}

II. yaddaş, hafizə
{zihin, hafıza}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

zənn

zan


Last searches: