turklehceleri.org

Yoldaş

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

yoldaş

и. юлдаш

Pure Turkish to Turkish (Kuleli)

yoldaş

1. Arkadaş, Hemrah
2. Dost

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

yoldaş

Türkiye Türkçesi: yoldaş
Azerbaycan Türkçesi: yoldaş
Başkurt Türkçesi: yuldaş
Kazak Türkçesi: joldas
Kırgız Türkçesi: coldoş dos
Özbek Türkçesi: yoldàş
Tatar Türkçesi: yuldaş
Türkmen Türkçesi: yōlağçı
Uygur Türkçesi: yolçi
Rusça: putnik passajir

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yoldaş

is.
1. İş, həyat şəraiti ilə birbirinə yaxın olan adamlar; rəfiq. Məktəb yoldaşları. Cəbhə yoldaşları. İş yoldaşı. Uşaqlıq yoldaşı. – Yoldaşı yoldaşdan soruşarlar. (Ata. sözü). Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. C.Məmmədquluzadə. [Qoçu:] İki min manat pul verərsən: bir mini mənim, bir mini də yoldaşlarımın. Ü.Hacıbəyov.
2. Biri ilə birlikdə yola çıxan və ya yol gedən adam. Əvvəl yoldaş, sonra yol. (Məsəl). • Yoldaş olmaq – biri ilə birlikdə yola çıxmaq, yol getmək, yaxud yol gedən bir adama qoşulmaq. Şurişin əvvəlinci səbəbi .. miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu.. M.F.Axundzadə. Dəstədən aralanıb arabaçı ilə yoldaş oldum. S.Hüseyn.
3. Yoldaşım, yoldaşı şəklində dan. – arvadım (ərim), arvadı (əri). Yoldaşım hələ işdən gəlməyib. Onun yoldaşı xəstədir. • Həyat yoldaşı – ər, arvad.
4. Sovet cəmiyyətində: vətəndaş, adam. Bir yoldaş sizi xəbər alırdı. Yoldaşlara deyin tez yığışsınlar. Yoldaşların fikrini bilmək lazımdır. Üç yoldaşdan ibarət komissiya ayrıldı.. // Eyni mənada belə şəxsin familiyası, adı, vəzifəsi qabağında və ya onlardan sonra. Yoldaş Əhmədov ezamiyyətdədir. Cavadov yoldaş yerindədirmi? Müdir yoldaşı görmək olarmı? – Zeynal üç ay bundan əvvəl, yoldaş Möhsünzadə və Şərifzadənin yanında Mehribana və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn. // Müraciət etdikdə. İrəli, yoldaşlar! Yoldaş sədr, xahiş edirəm mənə söz verəsiniz. – Yoldaşlar! İndi də başqa kələk var; Bizə qəpik-quruş göstərir onlar. S.Vurğun. • “Yoldaş, al bunu” – xalq oyunlarından birinin adı. [Gülüqız:] Bu oyunun adı “Yoldaş, al bunu”dur. Bir dəstə adam oturur. Bir nəfər bilici seçilir. O adamı seçirlər ki, on sözü yadında saxlasın və dalbadal deyə bilsin. Ə.Vəliyev. “Yoldaş, səni kim apardı?” – xalq oyunlarından birinin adı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yoldaş

I. arxadaş, dost, rəfiq
{arkadaş, dost, refik}

II. vətəndaş
{vatandaş}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yoldaş

arkadaş, eş, yoldaş


Last searches: