turklehceleri.org

Yavər

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yavər

is. [fars.]
1. klas. Yardımçı, köməkçi, imdada çatan. Anadan yaxşı yavər olmaz. (Ata. sözü). Təklif nə hacətdi, gözüm, vaqifi-halə; Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Bikəsəm aləmara dərdü qəmimdən özgə; Nə həvadarü nə yavər, nə kəsim var mənim. S.Ə.Şirvani.
2. hərb. Yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli, hərbi vəzifəli şəxs. ..Nazirin hərbi geyimli yavəri içəri girdi. S.Rəhimov.


Last searches: