turklehceleri.org

Yasavul

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yasavul

is. tar.
1. 1917-ci il inqilabından əvvəl: başlıca olaraq kənd yerlərində polis nəfəri vəzifəsi görən şəxs. Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə. [Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. [Bəy:] Kişinin dalınca indi də köpək kimi iki yasavul gəzir. Mir Cəlal. // Qarovulçu, mühafizəçi, qoruqçu, keşikçi. [Hacı Qara:] Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə onların əlindən dincəlməz! M.F.Axundzadə.
2. Kazak ordusunda rotmistr və kapitan çininə uyğun olan zabit rütbəsi.


Last searches: