Yarımcan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yarımcan
sif.
1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. Yazıq yarımcandı, ölər, qalmaz. – Yarımcan arvad balalarından utanıb daha su istəmir. N.Nərimanov. // Zərf mənasında. Heyvanı o qədər vurdu ki, yarımcan oldu.
2. məc. Çox yorğun, zəif, üzgün, əldən düşmüş, ölüvay. [Hacı Mehdi:] Mən gəldim evə yarımcan. Ə.Haqverdiyev.
3. məc. məh. Könülsüz, həvəssiz. İşini yarımcan (z.) görür.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yarımcan
I. ölümcül
{ölümcül}
II. yorgun, zəif, üzgün, ölüvay
{yorgun, zayıf, üzgün, aciz}
III. könülsüz, həvəssiz
{gönülsüz, hevessiz}