Yanşaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yanşaq
sif. dan.
1. Çoxdanışan, zəvzək, uzunçu. Çox yanşaq adamdır. • Yanşaqlıq etmək (eləmək) – həddən artıq çox danışmaq, zəvzəklik etmək, uzunçuluq etmək. // Çox hürən; hürəyən. [Pəri Cadu:] hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. Ə.Haqverdiyev.
2. köhn. Aşıq, ozan. [Cəfər paşa dedi:] Əyə, yanşaq, yaxşı gəlibsən. Bu gün bizim bayramımızdır. Gəl, bir az sən də çal, oxu! “Koroğlu”. [Əsli:] Bil ki, bura yanşaqlarının geyimi başqa cür olur. “Əsli və Kərəm”.