Yalqız
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yalqız
sif.
1. Tək, kimsəsiz, yalnız, təktənha. Bir mən, bir sevdiyim, bir otaq, yalqız; Deyib-danışmağın nə damağı var! Aşıq Ələsgər. // Zərf mənasında. Sən ki ey bülbül, məni heç yerdə yalqız qoymadın. Qövsi. [Heydər bəy:] Yoldaşlarım yoxdur, yalqız gəlmişəm. M.F.Axundzadə. Dörd divar içində yalqız durmadı; O duydu hər qışı, hər baharı da. S.Vurğun.
2. Ancaq, təkcə, müstəsna olaraq. Elə yalqız Zakir deyil gileyli; Azürdədir aləm sərasər səndən. Q.Zakir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yalqız
ancaq, təkcə
{ancak, yalnızca}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yalqız
yalnız