Xəcalət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xəcalət
is. [ər.]
1. Utanılacaq hal, utanmağa səbəb olan şey, utanma. [Gülzar:] Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm. S.S.Axundov. İndi qonaqlardan çoxu sanki bir xəcalət hissi duyaraq, başını aşağı dikmişdi. Ə.Məmmədxanlı. // Xəcalətli. [Sənubər Pərşana:] Hamıdan çox sənin qarşında xəcalətəm, ana! B.Bayramov. • Xəcalət çəkmək – çox utanmaq, çox sıxılmaq, həya etmək, ar etmək, utanıbqızarmaq. ..Yazıq həkimin yanında çox xəcalət çəkdim.. C.Məmmədquluzadə. Arvadlara gəldikdə, oğlan doğmadıqlarına görə hər ikisi özlərini müqəssir hesab edir və Məşədi Quludan xəcalət çəkirlərdi. T.Ş.Simurq. Nərgiz dərhal anasının qucağından sürüşüb yerə düşdü və bir az əvvəlki hərəkəti üçün indi xəcalət çəkdi. Ə.Məmmədxanlı. Xəcalət eləmək – utandırmaq, başıaşağı eləmək, rüsvay eləmək, xəcalət çəkməsinə səbəb olmaq. [Həsən xan:] Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir? “Koroğlu”. [Qarı:] Üzü tökülmüş qız kişini Kəblə Qənbərin yanında xəcalət elədi. Çəmənzəminli. Nanəcib insanla olmasın aran; Səni xalq içində xəcalət eylər. Aşıq Şəmşir. Xəcalət olmaq – birinin yanında utanılacaq işi olmaq, xəcalətli olmaq, başıaşağı olmaq. Namus qədri bilib, nanı gözləyən; İnşaallah, heç yerdə xəcalət olmaz. Aşıq Ələsgər. Məzəmmət etməsin səni tay-tuşun; Olma dost yanında xəcalət, oğul! Aşıq Hüseyn. Xəcalət vermək – utandırmaq; utanmasına, sıxılmasına səbəb olmaq, pis vəziyyətdə qoymaq. [Mirzə Səməndər:] Lap, Hacı Əhməd, xəcalət verirsiniz. C.Cabbarlı. [Qədir:] Xəcalət verməyin, a bəy, kasıb evi olanda nə olar? Buyurun yuxarı başa. Mir Cəlal. Xəcalətindən çıxmaq – əvəzini vermək, qarşılıq olaraq bir şey verməklə və ya etməklə əvəzini çıxmaq. [Anası:] ..Vallah, axund, daha bir şey tapa bilmədim. Allah qoysa, yenə xəcalətindən çıxarıq. B.Talıblı. [Hacı Ağakərim:] Başın ağrı çəkməsin. Sonra yenə səni görüb xəcalətindən çıxaram. S.Rəhman.
2. Xəcalətlə şəklində – utana-utana, sıxıla-sıxıla. Haşım çox xəcalətlə şəkərçörəyini çıxarıb arvadına verdi. B.Talıblı. [Böyük oğlan] xəcalətlə dedi: – Ata, əlim boşdur, üzüm qara; Su dərdinə yoxdur çara. M.Dilbazi. ‣ Xəcalətindən yerə girmək – bərk utanmaq, adam üzünə baxa bilməmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xəcalət
həya, abır, ar, üzüqaralıq, rüsvayçılıq, biabırçılıq
{hayâ, edep, ar, maskaralık, rezillik, rezalet}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xəcalət
utanç
Last searches:
- hala,
- memleket,
- fard,
- düşündürmək,
- bargan,
- peýkam,
- anjin,
- ürəyitəmiz,
- Uvada,
- düzbucaqlı,
- adal,
- soqchi,
- haly,
- Qulluq,
- çilimkeşlik,
- sender,
- diye,
- torpaq,
- Bədii,
- obscurity,
- silapsipimaq,
- Xəcalət