XƏŞİL
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xəşil
is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). [Ağa Kərim xan:] Tez ürəktutan xörəklərdən .. biri xəşildir. N.Vəzirov. ..Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar. ‣ Xəşilə döndərmək – bir şeyi (maddəni) duru xəmir (horra) halına salmaq, korlamaq. [Süleyman:] [Gübrəni] aparıb töküblər yağışın altına, döndəriblər xəşilə. M.İbrahimov. Xəşilini çalmaq – öldürmək, işini bitirmək. Xəşilini çıxarmaq – əzibəzişdirmək, sağ yer qoymamaq. Əsgərin gözünü püfləyənin xəşilini çıxardaram. M.S.Ordubadi.