XİLAS
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xilas
is. [ər.] Qurtulma, xilas olma; nicat, qurtuluş. • Xilas etmək – 1) qurtarmaq, nicat vermək. Təhlükədən xilas etmək. Suda boğulanları xilas etmək. – Cəfayə, zülmə bütün nifrət eyləyir aləm; Xilas elə bəşəri zülmdən cəsarət ilə. Ə.Vahid. Yoldaşlarından bir neçəsi onu xilas etməyə yüyürmək istədisə də, nəzarətçi ağacını qaldırıb onlara çığırdı. M.Rzaquluzadə; 2) azadlığa çıxartmaq, azadlıq vermək. Xilas olmaq – qurtulmaq, azad olmaq, nicat tapmaq, canını qurtarmaq. Ölümdən xilas olmaq. Əsarətdən xilas olmaq. – Veylabadın üstə səadət günü doğdu. Şəhər bir böyük bəladan xilas olmuşdur. Çəmənzəminli. [Veysəl] tələdən nə cür xilas olmaq haqqında düşünərkən, qaranlıqdan kimsə soruşdu. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xilas
qurtuluş, nicat
{kurtuluş, necat}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xilas
halâs, kurtulma