Təsir
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
təsir
is. [ər.]
1. Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Təsir altında olmaq. Təsir altına düşmək. Günəş şüalarının bədənə xoş təsiri. – Küləyin təsirindən sonra ocağın qırağında oturmaq Giləyə o qədər xoş gəldi ki... Ə.Vəliyev. • Təsir etmək – 1) əsər etmək, təsiri olmaq, nüfuz etmək. Söz ona təsir etmir. Nə qədər dedik, təsir etmədi. Dərman yaxşı təsir etdi; 2) riqqətləndirmək, kədərləndirmək. Bu səs adama ağır təsir edir. Xəbər bizə çox təsir etdi. – Bu sözlər Göyüşə təsir etdi. Mir Cəlal. ...təsiri bağışlamaq – bir şey haqqında bu və ya başqa fikir oyatmaq, təsəvvür yaratmaq.
2. Müəyyən bir enerjinin, gücün, qüvvənin özünü büruzə verməsi, göstərməsi. Mexaniki təsir. Qüvvənin cismə təsiri.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tə’sir
I. təzyiq
{baskı}
II. nüfuz
{etki}
III. təəssürat
{üzüntü}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
təsir
etki, tesir