turklehceleri.org

Təkamül

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təkamül

is. [ər.]
1. Bir şəxsin, bir şeyin təkmilliyə doğru dəyişməsi, inkişafı; kamilləşmə. // Ümümiyyətlə, inkişaf, dəyişmə, yeniləşmə. Ehtiyac təkamülün babasıdır. (Ata. sözü). [Rasim Yavərə:] Siz razılaşın ki, hər şey kimi musiqi də təkamülə möhtacdır. M.İbrahimov. • Təkamül etmək – yavaşyavaş inkişaf etmək, dəyişmək, yeniləşmək, təkmilləşmək, kamilləşmək.
2. fəls. Təbiətdə və cəmiyyətdə hərəkət formalarından biri – inqilabi dəyişmədən fərqli olaraq, arasıkəsilmədən yavaş-yavaş cərəyan edən dəyişmə. ‣ Təkamül nəzəriyyəsi – üzvi aləmin bir üzvi formadan başqa üzvi formaya keçmək yolu ilə inkişafı haqqında nəzəriyyə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

təkamül

inkişaf
{inkişaf}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

təkamül

evrim, tekâmül


Last searches: