turklehceleri.org

Töhmət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

töhmət

is. [ər.] Danlama, danlayış, məzəmmət, danlaq. Lətif .. Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində həm özünə qarşı töhmət, həm də böyük qayğı hiss etmişdi. H.Seyidbəyli. Sona bu töhmətlərdən yuxuda da can qurtara bilmirdi. B.Bayramov. • Töhmət etmək – danlamaq, məzəmmət etmək. Mayaya [Səkinənin] ürəyi yandı, Rüstəm kişiyə töhmət etdi. M.İbrahimov. // Birinin hərəkətinə, işə münasibətinə rəsmən verilən mənfi qiymət. Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov. • Töhmət almaq – pis əməlinə və ya işə pis münasibətinə görə töhmətləndirilmək, yazılı və ya şifahi töhmət verilmək. İşə gecikdiyi üçün töhmət almaq. Töhmət vermək – pis əməlinə görə töhmətləndirmək, yazılı və ya şifahi töhmət vermək. [Sevinc:] Mahmudla dalaşdığı üçün ona da töhmət verdilər. Z.Xəlil.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

töhmət

mezemmet, danlaq, tə’nə, tənqid
{kınama, ayıplama, suçlama, tenkit}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

töhmət

töhmet


Last searches: