Sərsəm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sərsəm
sif. [fars.] Ağlını itirmiş, zehni qarışmış, fikri azmış. [Kabla Türbət:] Cənab həkim, mən bu dəli, sərsəm Heydərin atabir, anabir qardaşıyam. C.Məmmədquluzadə. Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev. • Sərsəm eyləmək – dəli eləmək, ağlını əlindən almaq. Abad qaşın xəyali ilə sərsəm eyləyib; Mehrab içində bir bax onun guftügusuna. S.Ə.Şirvani. Sərsəm olmaq – ağlını itirmək, dəli olmaq, başı xarab olmaq, fikrini azdırmaq. [Göyçək:] ..Bəhanə gətirdi ki, ..sərsəm olmuşam. Ə.Əbülhəsən.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sərsəm
gic, səfeh, çaşqın
{akılsız, düşüncesiz, şaşkın}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sərsəm
sersem