turklehceleri.org

Seyid

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

seyid

is. [ər.] din.
1. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu. Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani. [Məsmə:] Anam, dayılarım məni [kor kişiyə] verdilər. Çünki onlar kənddə nüfuzlu, kəramət sahibi seyidlər hesab olunurdular. S.Hüseyn.
2. Ləqəb kimi seyidlərin adlarından əvvəl deyilir. Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid – biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Ə.Haqverdiyev.


Last searches: