Saat
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
saat
и. 1) сәгать, вакыт; saatında билгеләнгән вакытта; 2) сәгать; saat camı сәгать пыяласы ◊ saat bu saat! нәкъ вакыты!
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
saat
Türkiye Türkçesi: saat
Azerbaycan Türkçesi: saat
Başkurt Türkçesi: säğät
Kazak Türkçesi: sağat
Kırgız Türkçesi: saat
Özbek Türkçesi: sàät
Tatar Türkçesi: säğat'
Türkmen Türkçesi: sãğat
Uygur Türkçesi: saät
Rusça: ças vrem'a
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
saat
is. [ər.]
1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədən ibarət olan vaxt ölçüsü vahidi. // Saat ölçüsü vahidi. İki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir. – Bir saat sonra alaçığımıza köçdük. A.Şaiq. [Şahmar Şahpəriyə:] Gündə kitabxananı cəmi bir saat açıq saxlamırsan. B.Bayramov. • Bu saat – indi, indicə. [Kazım:] Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kəsbkarlığına qurşan.. Çəmənzəminli. Elə bil bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İ.Əfəndiyev. Haman saat – bax. o saat. Haman saat işə başladı. O saat – tez, əlüstü, dərhal. Əgər mən biləm ki, qardaşım casusdur, o saat onu yaxalayıb, verərəm hərbi tribunala. H.Nəzərli.
2. Günortadan, yaxud tən gecə yarıdan hesablanan 60 dəqiqəlik vaxt ölçüsü. [Mərcan bəy:] Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! Ü.Hacıbəyov. Saat üçdü... Kazım işdən qayıtmış; Vücudunu qaplamışdı yorğunluq. M.Müşfiq.
3. Gecə-gündüz müddətində vaxtı təyin etmək üçün alət, cihaz. Divar saatı. Cib saatı. Qol saatı. – Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. ..Əzizin gözləri saatın yanından asılmış böyük bir şəklə ilişdi. S.Rəhman.
4. Tənəffüslə birlikdə dərsə, mühazirəyə sərf olunan 60 dəqiqəlik müddət. Akademik saat (texnikumlarda və ali məktəblərdə 50 dəqiqə davam edən vaxt, müddət). Dərs saatı (ümumtəhsil məktəblərində 45 dəqiqə davam edən məşğələ müddəti). Dərs proqramını saatlara bölmək. // Pedaqoji məşğələ, mühazirə. Saatlarımı yazdınmı? Xəstə müəllimin saatlarını kimə verdilər?
5. Vaxt, çağ, an, zaman. Axşam saatlarında. – İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət; Ki, məşuqilə aşiq eyləyib nazişitab oynar. Füzuli. [Cavadın] dərələrdən quzuqulağı yığıb yediyi saatlar gözləri qabağında canlandı. Ə.Vəliyev.
6. bax. saatlıq. Buradan oraya neçə saat yoldur? – Bakıdan buraya dörd saata gəlmişdik. M.Hüseyn. ‣ Bir saatın içində – dərhal, o saat, gecikmədən. Bir saatın içində ağa ikən qul oldum. B.Vahabzadə. Saatdan-saata – bax. saatbasaat. Bina saatdan-saata ucalırdı. – Üçüncü quyu ətrafında görülən işlər gündən-günə deyil, saatdan-saata artır. Y.Əzimzadə.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
saat
saat
Kyrgyz—Turkish Dictionary
saat
I. engel: caan saat kıldı: yağmur mani oldu; senin saatıñan: senin yüzünden; saat-sabır: engeller ve manialar.
II, a. 1. saat (alet olarak; koñğurooluu saat: çalar saat; 2. saat (zaman olarak); saat beşte keldim; saat beşte geldim; beş saatte keldim: beş saat zarfında geldim (yolum beş saat sürdü).
Sakha—English Dictionary (Straughn, 2006)
saat
n. shame; v. to be ashamed
Last searches:
- tədqiqatçı,
- ornaşmak,
- makeup,
- kop,
- Süper,
- yralamak,
- Boya,
- telecamera,
- toytomosha,
- arsañ,
- silos,
- astroid,
- vezne,
- cu,
- burçakburçak,
- etagat,
- kefsizləmək,
- Yardımcı,
- ağzıboşluq,
- nailaj,
- tot,
- Saat