turklehceleri.org

Qəza

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qəza

I. is. [ər.]
1. Bədbəxt hadisə, fəlakət. Dəmiryol qəzası. Gəmi qəzası. Tramvay qəzası. Qəzaya uğramaq. – Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. // İşlərkən sınma, xarab olma. Qazıma zamanı əyri quyu, qazıma kəmərinin daha gərgin şəraitdə fırlanması nəticəsində boruların qəzaya uğramasına və daha tez sıradan çıxmasına səbəb olur. Quliyev.
2. Qəziyyə, gözlənilməz hadisə, vaqiə, əhvalat. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmuyub gəlsin mənim yanıma. C.Məmmədquluzadə.
3. Qismət, tale, müqəddərat, qədər. Vəslü firaqə vasitə çünki qədərdir, ey könül! Cəhdilə kimsə qadirin mən eləməz qəzasını. Nəsimi. [Xidmətçilər:] Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan. M.F.Axundzadə. Fəda o qamətə kim, qəza nə xoş çəkmiş. X.Natəvan. Zəmanədə bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani.

II. is. [ər.] tar. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük inzibati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzibati-ərazi vahidi. Qəza naçalniki, ofiserlər, bir neçə yüz də kazak orada durmuşdu. M.S.Ordubadi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. 1921-ci ildə Azərbaycan qəzaları içərisində ikinci olaraq Qubada qəzet nəşr edilməyə başlayır. Ə.Sadıq. // Qəza mərkəzi mənasında. Qəzadan gələn işçi nitqlər söyləyirdi, idarələri təftiş edirdi və şikayətlərə baxırdı. B.Talıblı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qəza

I. fəlakət
{felaket}

II. vaqiə, əhvalat
{olay, gerçeklik}

III. qismət, tale, müqəddərat, qədər
{kısmet, talih, baht, kader}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qəza

arıza, ilçe, kaza


Last searches: