Qübbə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qübbə
is. [ər.]
1. Yarımkürə şəklində dam; günbəz. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. M.S.Ordubadi.
2. Qübbəyə oxşar hər hansı bir şey. Səba xanım kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı. M.S.Ordubadi. ‣ Göy qübbəsi – gözlə görünən göy; səma. Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabü məndil. Xətayi. [Dərviş:] Göyün qübbəsi tavanım, qara torpaq – arxam idi. A.Divanbəyoğlu. ..Bir azdan sonra göy qübbəsi tamamilə ulduzla doldu. Ə.Sadıq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qübbə
günbəz
{kümbet}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qübbə
kubbe